“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.
EDNews.net-in xəbərinə görə, sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıb.