“Bu dəfə nəyi güzəştə getməyə getməyə (artıq diplomatik cəbhədə) məcbur olacağımızı demək çətindir”.
EDNews.net xəbər verir ki, bunu “Facebook"”səhifəsində erməni hərbi xadim, qondarma qurumun “keçmiş nümayəndə”si Senor Hasratyan yazıb.
O qeyd edib ki, bu cür addımlar nəticəsində ermənilərin nəyisə itirəcəklərinə dair ehtimal çox böyükdür.
“44 günlük müharibə zamanı rəqib artıq Şuşanın kənarında olarkən Seyran Ohanyan “könüllü” şəkildə əməliyyatın mərkəzində olaraq öz məsləhətləri ilə qala şəhərinin müdafiəsini təşkil etməyə kömək etməyə çalışırdı. Ordu komandanlığı nəinki Ohanyanın mülahizələrini görməzdən gəldi, həmçinin ədəbsiz bir cavaba layiq görüldü”, - deyə Hasratyan qeyd edib.