Slovakiyadan minatəmizləmə texnikası gətirilir - ednews.net

3 Dekabr, Cümə

Slovakiyadan minatəmizləmə texnikası gətirilir

Siyasət A- A A+

Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 günlük davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələsini müzakirə etdik.

EDNews.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minlardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq edir:

“Slovakiyadan 7 minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...