Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək - ednews.net

5 Dekabr,

Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək

Siyasət A- A A+

Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.

EDNews.net xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi deyib.

Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasımi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...