İran niyə 30 il Ermənistana dəstək verib? - CAVAB - ednews.net

3 Dekabr, Cümə

İran niyə 30 il Ermənistana dəstək verib? - CAVAB

Siyasət A- A A+

“İran Türkiyəni əngəlləmək üçün Ermənistana dəstək verib”.

EDNews.net xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə açıqlamasında Livandakı “Hizbullah” təşkilatının keçmiş Baş katibi Şeyx Sübhi Əl-Tufeyli açıqlama verib.

Şeyx İranın eks-xarici işlər naziri Əli Əkbər Vilayəti, sonralar ali dini liderin beynəlxalq məsələlər üzrə köməkçisi olmuş Əli Əkbər Vilayəti ilə söhbətini xatırlayıb.

“O vaxtlar Vilayəti ilə görüşdə ona sual etdim: “Niyə müsəlman azərbaycanlılara qarşı xristian ermənilərə dəstək verirsiniz?”. Buna cavab olaraq, iranlı nazir “Ermənistan Türkiyənin Azərbaycana, Türkmənistana və digər türkdilli ölkələrə gedən yolunda maneədir. Biz Ankaranın yolunu kəsmək üçün İrəvanın möhkəmlənməsinə dəstəyimizi verəcəyik”-, deyə Vilayəti söyləyib.

Din xadimi İranın Ermənistana hərbi-siyasi yardım göstərdiyini də əlavə edib.

“Azərbaycanla gərginliyə sionizm faktoru ilə əsaslandıranlar reallığa qarşı gedir. Tehranın siyasəti heç zaman dürüst olmayıb. Tehranın əksər addımları dağıntılara yol açır. Bu isə İranın öz maraqlarına ziddir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...