Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.
EDNews.net-in CNN “Türk”ə istinadən verdiyi xəbərə görə, tərəflər Türkiyə və ABŞ prezidentlərinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək görüşü ilə bağlı planları müzakirə ediblər.
Telefon danışığı zamanı Qarabağ, Əfqanıstan, Şərqi Aralıq dənizi, Yunanıstan, Türkiyənin terrorla mübarizəsi, “F-35” və “F-16” mövzularında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, noyabrın 1-12-də isə Şotlandiyanın Qlazqo şəhərində 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) keçiriləcək. Türkiyə və ABŞ liderlərinin görüşü konfrans çərçivəsində baş tutacaq.