Şuşada həyat canlanır - İqor Korotçenko - ednews.net

22 Yanvar, Şənbə

Şuşada həyat canlanır - İqor Korotçenko

Siyasət A- A A+

“Şuşada həyat canlanmağa başlayır, şəhər əvvəlki və bənzərsiz görkəmini qaytarır”.

EDNews.net xəbər verir ki, bunu “Report”a hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Bu, mənim Şuşaya ikinci səfərim idi. Deyə bilərəm ki, şəhər Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən canlanır. Tarixi memarlıq abidələri bərpa olunur, bu, təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni irsidir”, - ekspert əlavə edib.

O, əlavə edib ki, Azərbaycan xalqının Şuşanın işğaldan azad edilməsi ilə bağlı sevincini anlayır, çünki mühüm, simvolik və mədəni şəhər yenidən Azərbaycanındır, burada Azərbaycan bayrağı dalğalanır, onun təhlükəsizliyini Azərbaycan əsgərləri təmin edir.

Korotçenko ümid edir ki, Şuşadakı bütün tarixi memarlıq abidələri tezliklə bərpa olunacaq: "O, müasir, lakin bərpa edilmiş tarixi görünüşü ilə və ağıllı şəhər konsepsiyasından istifadə edən şəhər olacaq".

O, Qarabağ regionunun potensialından da söz açıb. Hərbi ekspert qeyd edib ki, bütün Qarabağ, ilk növbədə çox perspektivli turizm klasteridir: “Çünki burada təbii gözəlliklər, unikal təmiz hava, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları var”.

Ekspert işğaldan azad edilmiş ərazilərə əvvəlki səfərlərini də xatırladıb. "Hələ bu ilin fevralında işğaldan azad edilmiş ərazilərə ilk dəfə səfər etdim. Bu mənim üçün şok oldu. XXI əsrdə belə vəhşiliyin mümkün olacağını gözləmirdim. Evlər bünövrəsinə kimi dağıdılmışdı. Elə hissiyyat yaranırdı ki, sanki nüvə bombası partlayıb. Ağdamda yalnız bir məscid salamat qalıb və buna səbəb minarələrin üzərinə artilleriya atəşi açan ermənilərin yerləşdirilməsi idi”, - Korotçenko bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...