“Aydındır ki, hakimiyyət başında olan şəxs hakimiyyətdə olduğu müddətcə ancaq qan, dağıntı, xaos və parçalanma gətirəcək”.
EDNews.net xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan bildirib.
Onun sözlərinə görə, ermənilər sanki dejavü yaşayırlar, 44 günlük müharibəyə qayıdırlar.
Erməni deputat vurğulayıb ki, DJ Edik ölənlərə bağlı bir rəqəm,”Haykakan jamanak” nəşri başqa bir rəqəm bildirir.
““Haykakan jamanak” nəşri 10 ölü yazır, DJ Edik 15 ölü haqqında məlumat verir və aydındır ki, bizim 13 əsirimiz var və rəsmi mənbələr bu əsirlərin konkret olaraq hansı istiqamətdən olduğunu demir. Müdafiə Nazirliyi susur”, - deyə Vardanyan qeyd edib.