Harda bölünə biləcək ərazi varsa, orda köçəri erməni izini axtarmağa dəyər Hərbi ekspert

Siyasət 16:50 03.12.2021
Gələcəkdə ermənilərin Qarabağda itirdiklərini digər bir türk torpağında əldə etmək niyyətini qətiyyən diqqətdən qaçırmaq olmaz
 
Kremlə müharibə elan edən erməni diasporası, Rusiyanın ən həssas nöqtəsi olan çeçen-inquş-ləzgi münasibətləri üzərindən Qərbin əlinə oynayacaq
 
Rusiya Milli Qvardiyasını Rusiya bayrağının olmadığı, federal subyektlərdən birinin digərinə “əzələ nüayiş etdirdiyi” təlimlərdə iştirak etməyə nə vadar edib?
 
Rusiyanın tərkibinə daxil olan Çeçünistan ilə İnquşetiya arasında ərazi mübahisəsinin tarixi keçən əsrin 90-cı illərində başlayır. Əsrin sonuna yaxın bu münaqişəni  federal hakimiyyət qismən nəzarət altına ala bildi. Bir neçə gün əvvəl  Çeçenistanda keçirilən təlimlərlə bağlı paylaşılan foto münaqişənin həll edilmədiyinə və yenidən ərazi problemlərinin yaranmasına dair iddiaların səsləndirilməsinə səbəb olub. 
 
Rusiyanın tərkibinə daxil olan hər iki respublika müstəqil deyil, federasiyanın subyektləridir. Belə olan halda bu iki respublikanın ərazi üzərindən mübahisə (əvvəllər müharibə) aparması, hansısa ərziləri bölüşdürməsi, əslində Rusiya torpaqlarının daxildən parçalanması deməkdir. Əgər Rusiya ərazisinin hamısına nəzarət edirsə, bu torpaqlar Rusiyaya məxsusdursa, o zaman subyektlər nəyi bölür və ya nəyi bölə bilmir. Deməli, Rusiyanın daxilində hələ də həll edilməyən milli məsələlər mövcuddur, bəzi ərazi problemləri isə asılı vəziyyətdə qalıb. Belə olan halda Rusiya Qarabağda mövcud seperatizm problemlərini necə həll edəcəyi də sual doğurur. 
Hazırda federal mərkəz Şimali Qafqazda baş verənlərə ciddi reaksiya vermir. Vəziyyət isə gərginləşməkdə davam edir. Çeçenistanda keçirilən təlimlərlə bağlı paylaşılan foto Rusiyada yaşayan hər bir kəsdə maraqlı bir sual doğurub: Rusiya Müdafiə Nazirliyinin nömrələrini daşıyan hərbi maşınların üstündə bir dənə də olsun Rusiya bayrağı görünmür. Maşın karvanı başdan ayağa Çeçenistan Respublikasının bayraqları ilə bəzədilib. Belə çıxır ki, Çeçenistanın təhlükəsizlik qüvvələri Rusiyanı tanımır, onun qanunlarına riayət etmir, Çeçenistan Respublikasının yurisdiksiyası altında tam müstəqil fəaliyyət göstərir. 
 
Rusiya Sülahlı Qüvvələrinə aid qoşun, hissə və bölmələrin, həmçinin karvanların hərəkəti nizamnamələrin tələbləri əsasında tənzimlənir. Bu tələblərə görə bölmələrin tanınma nişanları, o cümlədən Rusiya bayrağı olmadan hərbi karvanın hərəkəti qadağandır. Baş verənlər yalnız Çeçenistanın Rusiya qanunlarını tanımaması kimi şərh edilə bilər.  
 
Rəsmi qurumlar bu fotonun Rusiya Milli Qvardiyası ilə Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin hissələrinin birgə keçirdiyi 3 günlük təlimlərdə çəkildiyini təsdiqləyib. Belə çıxır ki, Rusiya ərazisində təlimlərdə federal qanunları pozmaq olar. 
 
Təlimlər Çeçenistan ilə qonşu respublikaların  sərhəd zonasında keçirilib. İstənilən təlim şəxsi heyətin döyüş hazırlığı planına daxil edilməlidir. Əgər plandan kənar təlim zərurəti yaranırsa, bu da federal mərkəzlə, yəni Moskva ilə razılaşdırılmalıdır. Təlimlərin keçirilməsinə icazə verildiyi şübhə doğurmur. Ya Moskvada, ya da Cənub Regional İdarəetmə Mərkəzinin yerləşdiyi Rostov- Dondan bu təlimlərə “yaşıl işıq” yandırılıb. Milli Qvardiynın təlimlərdə iştirakı barədə deyilənlər doğrudursa, o zaman icazənin Kremldən verildiyi ehtimalı böyükdür. Şəkildə Milli Qvardiyanın rus bayrağı ilə görüntüsünü izləmək mümkün olmadığı üçün, rəsmi məlumatı şübhə altına almağa məcburam.
 
Çeçen təhlükəsizlik orqanlarının həddən artıq müstəqilliyini əvvəllər də müşahidə etmişik. Onların Rusiya simvollarına qarşı növbəti “allergiyası” bu dəfə də açıq-aşkar hiss olunur. 
Kreml Çeçenistan rəhbəri Ramzan Kadırova Çeçenistan Respublikasının Rusiya Federasiyası tərkibindəki subyekt olduğunu xatırlatmağa və sərhədlərdə qüvvə nümayiş etdirməsinə münasibət bildirməyə tələsmir. Hazırda Kadırov qonşularına əzələ nümayiş etmək hüququna malik müstəqil dövlət təəssüratı bağışlayır. Kadırov Rusiya hakimiyyətinə çox yaxın adamdır, onun öz müstəqilliyini bu qədər aşkar nümayiş etdirməsinin arxasında mütləq Kremldə orturan birisi  mövcuddur. 
 
Çeçenistanın təhlükəsizlik qüvvələrinin sərhədyanı rayonlarda keçirdiyi təlimlər əslində qəribə görünür. Çünki, həm Çeçenistanın Daxili İşlər Nazirliyi, həm də Rusiya Milli Qvardiyası ölkənin sərhəd mühafizəsinə cavabdeh deyil.  Rusiya sərhədlərinin qorunması Federal Təhlkəsizlik Xidmətinin Sərhəd Xidmətinin səlahiyyətinə aid məsələdir. 
 
Çeçenistanın xarici dövlətlə sərhədi yalnız Gürcüstanla mövcuddur. Bu Pankisi dərəsinin ən çətin və əlçatan olmayan bölgəsindən keçən 84 km ərazidən keçir. Bu səhəd bölgəsi İtum-Qalada yerləşən zastavadakı rus sərhədçiləri tərəfindən qorunur. Deməli, Çeçenistan Daxili İşlər Nazirliyinin Rusiya Milli Qvardiyası ilə sərhədlə bağlı təlim keçirməsi üçün heç bir əsas mövcud deyil. 
 
O zaman təlimlərin mövzusu Rusiyanın deyil, Çeçenistanın qonşuları ilə sərhəddi ilə bağlı olduğu şübhə doğurmur. Çeçenistan və İnquşetiya arasında Sunjenski rayonundakı Dattıx kəndi ətrafında baş növbəti mübahisələr də bunu isbat edir. Maraqlı iki sual yaranır: Rusiya Milli Qvardiyasını Rusiya bayrağının olmadığı, federal subyektlərdən birinin digərinə “əzələ nüayiş etdirdiyi” təlimlərdə iştirak etməyə nə vadar edib? Çeçenistan ilə İnquşetiya ilə başlayan sərhəd mübahisəsinin davamını Çeçenistan ilə Dağıstan sərhəddində gözlənilirmi? Adətən ərazilərin yenidən paylanması ehtimalı yaranada ermənilər fəallığını artırır. Bunu Qarabağda, Samtse Cavaxetiyada, Krımda, Osetiyada və Abxaziyada dəfələrlə müşahidə etmişik. Görəsən Rusiyanın cənubunda yerləşən Çeçenistan-İnquşetiya məsələsində ermənilərin fəaliyyətləri nədən ibarət olacaq? 
 
Uzunmüddətli perspektivdə isə Ermənistan, harda və necə baş verəcəyindən asılı olmayaraq, yeni ərazi əldə etməyə çalışacaq. Bu niyyət bizə tarixdən məlumdur. Odur ki, gələcəkdə ermənilərin Qarabağda itirdiklərini digər bir türk torpağında əldə etmək niyyətini qətiyyən diqqətdən qaçırmaq olmaz. Vaxtilə Rusiya imperiyası ilə əməkdaşlıq nəticəsində əldə edilən Qarabağın 44 gündə Azərbaycan tərəfindən azad edilməsinə görə Kremlə müharibə elan edən erməni diasporası, Rusiyanın ən həssas nöqtəsi olan çeçen-inquş-ləzgi münasibətləri üzərindən Qərbin əlinə oynayacaq. Bunu Paşinyan da zaman-zaman nümayiş etdirib. NATO-nu belə sərhədlərinə dəvət edib. Noyabrın 10-da isə planlaşdırılan görüşdən imtina etməklə Paşinyan Putinə sifət göstərməyə çalışdı və üzünü Kremllə əks qütblərdə dayanan Brüsselə tərəf çevirdi. Qulağı çəkiləndən sonra Paşinyan Brüssüldən əvvəl Moskvaya səfər etməyə razı oldu, lakin bu Paşinyanın Rusiyaya münasibətdə, həm də erməni diasporasını təzyiqi altında, Qərbin əlinə oynamayacağını deməyə əsas verməz. Odur ki, harda bölünə biləcək ərazi varsa, orda köçəri erməni izini axtarmağa dəyər. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı