“Tariximizdən aldığımız ilhamla birliyimizi daha da möhkəmləndiririk” - Ərdoğan - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

“Tariximizdən aldığımız ilhamla birliyimizi daha da möhkəmləndiririk” - Ərdoğan

Siyasət A- A A+
“Badü-Kubədən, yəni küləklər şəhəri gözəl Bakıdan Nuri Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalara, şəhidimiz Xudayar qardaşımızın mahnılar oxuduğu diyarlara, Gəncə, Şuşa, Füzuli, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm”.
 
Ednews xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
 
“Bu gün bir daha burada təsdiq olunan əbədi və əzəli qardaşlığı Rəbbim daimi etsin. Dəyərli qardaşlarım, bu il diplomatik münasibətlərimizin yenidən təsisinin 30-cu ildönümünü böyük bir qürurla idrak edirik. Böyük tariximizdən aldığımız ilhamla, aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk”, - deyə Türkiyə lideri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...