Silahlı Qüvvələr Günü Varşavada qeyd edilib

Siyasət 09:21 25.06.2022

Polşada Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub.

Ednews xəbər verir ki,  Azərbaycanın Polşadakı səfirliyindən verilən xəbərə görə, tədbir Varşavanın Yuzef Polinski parkında keçirilib.

Bu parkda əslən azərbaycanlı olan Polşanın milli ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi olmuş general Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidə var.

Tədbirdə Varşavanın Cənubi-Praqa bölgəsinin burmistri (bölgə rəhbəri) Tomaş Kuxarski (Tomasz Kucharski), Polşa Xarici İşlər Nazirliyi, Baş Qərargahı, Varşava Universiteti, Polşa Tatarları Birliyi, Varşava Qettosu Muzeyinin nümayəndələri, türkoloq alimlər, Polşa ictimaiyyətinin ziyalıları, Polşada fəaliyyət göstərən Azərbaycan ziyalıları və Səfirliyin əməkdaşları iştirak edib.

İlk olaraq həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidəsi önünə əklillər qoyulub.

Daha sonra səfir Nərgiz Qurbanova çıxış edərək qonaqları və həmvətənlərimizi salamlayıb və silahlı qüvvələrin hər bir dövlət üçün olduğu kimi, Vətənimiz Azərbaycan üçün müstəqilliyin təminatçısı, ölkəmizin sərhədlərinin müdafiəçisi olduğunu bildirib.

Səfir ölkəmizdə silahlı qüvvələrin yaranmasını şərtləndirən çətin tarixi şərait, onun formalaşmasında və inkişafında Azərbaycanın ümummilli lideri heydər Əliyevin əvəzsiz rolu, Heydər Əliyev dövlətçilik məktəbinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə silahlı qüvvələrimiz möhkəmlənməsi, müasirləşməsi və dünyanın ən güclü ordularından birinə çevrilməsi barədə danışıb.

Səfir Azərbaycanın eyni zamanda özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərərək NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ölkə hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılmasının həyata keçirildiyini, ölkəmizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyini bildirib.

Azərbaycan hərbçilərinin dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alaraq peşəkar hərbçi olaraq yetişdikləri vurğulanıb

30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini fəxr hissi ilə qeyd edən səfir 44 günlük Vətən müharibəsində canlarından keçərək anlı Zəfər tariximizi yazan Azərbaycan Qəhrəmanları olan şəhid əsgərləri və zabitlərimizi qürurla anıb.

N.Qurbanova hazırda tədbirin keçirildiyi V.Polinski parkında abidələri ucaldılmış, xatirələri həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçinin - əslən Polşa tatarlarından olan, Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində Azərbaycanı özünə Vətən seçmiş, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda vuruşmuş və məhz Azərbaycan uğrunda mübarizəsinə görə Sovet ordusu tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Baş qərargah rəisi olmuş General M.Sulkeviçin və həm Azərbaycan, həm də Polşa ordu sıralarında hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparan polkovnik V.Yadigarın həyat və ölkələrimiz naminə şərəfli fəaliyyətlərindən danışmış, həm Azərbaycanın, həm də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanlarımızın xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd edib.

Sonda səfir bu ilin Azərbaycan-Polşa münasibətlərində xüsusi yer tutduğunu, 3 yubileyin: Azərbaycan-Polşa tarixi münasibətlərinin 550 illiyi, Azərbaycan-Polşa diplomatik əlaqələrinin 30 illiyi və Azərbaycanla Polşa arasında strateji tərəfdaşlıq münasibətləri haqqında birgə bəyannamənin imzalanmasının 5 illiyi də məhz bu il təntənə ilə qeyd edildiyi vurğulanıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə qonaqları və həmvətənləri bir daha təbrik edən səfir Azərbaycan-Polşa münasibətlərinin inkişafı naminə uğurlar diləyib.

Tədbirdə Varşavanın Cənubi-Praqa bölgəsinin burmistri T.Kuxarski çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb, abidələri önündə dayandığı, həm Azərbaycan, həm də Polşada böyük sayğı ilə qəbul edilən iki qəhrəmanın şücaətinin həm bizim həm də gələcək nəsil üçün örnək olduğunu qeyd etmişdir. Daha sonra polşalı tanınmış rejissor Yeji Lubax çıxış edərək Azərbaycanda həm dövlət həm də hərbi quruculuqda polyakların rolundan danışmış, Polşa uğrunda Azərbaycandan olan vətənpərvərlərin də vuruşduğunu qeyd etmişdir.
Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycanın milli mətbəx nümunələrindən olan süfrəyə dəvət edilmişlər.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı