“Bu gün Qoşulmama Hərəkatının tarixində çox vacib gündür, biz Bakıda Parlament Şəbəkəsinin əsasını qoyuruq” - İlham Əliyev - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Bu gün Qoşulmama Hərəkatının tarixində çox vacib gündür, biz Bakıda Parlament Şəbəkəsinin əsasını qoyuruq” - İlham Əliyev

Siyasət A- A A+

Düşünürəm ki, bu gün Qoşulmama Hərəkatı təşkilatının tarixində çox vacib bir gündür. Biz Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin əsasını qoyuruq.

Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.

“Prezident Qoşulmama Hərəkatı təşkilatına üzv ölkələrə Azərbaycanın bu təşəbbüsünü dəstəklədikləri üçün təşəkkür edib: “Bu bizim həmrəyliyimizi və qarşılıqlı dəstəyimizi gücləndirmək üçün digər bir addımdır. Mən Azərbaycan parlamentinin keçmiş üzvü və sizin keçmiş həmkarınız olaraq parlament diplomatiyasının və parlamentlərarası əlaqələrin nə qədər vacib olduğunu bilirəm”, - dövlət başçısı qeyd edib.

Prezident Parlament Şəbəkəsinin üzv ölkələr arasında həmrəyliyə töhfə verməklə bərabər, həm də dünyanın müxtəlif parlament təşkilatları ilə yaxın işgüzar münasibətlər yaradacağına əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...