İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir

Siyasət A- A A+
İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlər keçirilir.
 
Ednews xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi, general Əli Bilali məlumat bildirib.
 
O deyib ki, 4 dövlətin birgə keçirdiyi hərbi təlimdə əsasən havadan müdafiə taktikası öyrənilir. Hərbi təlimə insansız uçan aparatlar da cəlb olunub.
 
İran hərbçiləri həmkarlarına bu aparatlardan istifadə qaydalarını öyrədəcəklər.
 
General diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarətdir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...