Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə xəbər yayılıb.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat Xidməti yayılan məlumatın yalan olduğu barədə açıqlama verib.
Bildirilir ki, sözügedən yerlərdə heç bir partlayıcı tapılmayıb.