Azərbaycan Ordusu mülki infrastrukturu hədəfə almır MN

Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur. 
 
Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 
 
"Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - qeyd olunub.