“Ermənistanın təxribatlarına qarşı hüquqi təsir tədbirləri görülməlidir” Könül Nurullayeva

Siyasət 10:38 16.09.2022

Sülh müqaviləsinin ilkin mətninin hazırlanmalı olduğu bir vaxtda Ermənistan sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribata əl atdı.

Ednews xəbər verir ki, uzun müddət idi ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri pozurdu. Bu ölkə müharibənin başa çatmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarını icra etmir. Son genişmiqyaslı təxribatla başlanan gərginlik revanşist siyasətin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bu, ilk növbədə cinayətdir. Baş vermiş təxribat nəticəsində hərbi qulluqçularımız şəhid oldu, hərbi və mülki infrastruktura ziyan dəydi. Eyni zamanda xidməti vəzifələrini yerinə yetirən mülki insanlar da yaralandı.  Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralandılar. Ermənistan bu dəfə də terrorçu xislətini gizlədə bilməyib, sivilləri hədəf aldı. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalamaqla regionda yeni təhlükəyə yol açdı. Bu, onlarla, yüzlərlə insanın ölümünə səbəb olacaq bir cinayətdir. Təsadüfi deyil ki, son 30 ildə 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olub. Ən dəhşətlisi isə budur ki, müharibə başa çatdıqdan sonra sülh prosesi vaxtı 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olub. Üstəlik, bu minaların məhz 2021-ci il istehsalı olduğu aşkarlanıb. Yəni, faktiki Ermənistan sülh danışıqları masasında humanitar məsələlərlə bağlı götürdüyü öhdəlikləri nəinki icra etmir, əksinə müharibə cinayətlərinin miqyasını daha da artırmaqdadır. Görünən budur ki, Ermənistan sülh gündəliyinin əleyhinə çıxaraq kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında maraqlı deyil. Bu isə rəsmi İrəvanın bütövlükdə sülh prosesində maraqlı olmadığını göstərir.

Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı və post-münaqişə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə insanın hüquqları pozulur. Mülki şəxslər və mülki yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alınır, insan hüquq və azadlıqları kobud şəkildə pozulur və bu gün də mina terroru fonunda bu proses davam edir. Müharibə dövründə bəzi ölkələrin ombudsmanları Ermənistan tərəfindən törədilən insan hüquq pozuntularının yerində araşdırılması məqsədilə ölkəmizə səfər edib, daha sonra araşdırmanın nəticəsi olaraq əsaslandırılmış hesabat hazırlayaraq dünya ictimaiyyətini məlumatlandırıb. 

Ermənistan bu davranışlarla beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti sərgiləyir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirən Ermənistanın əsas niyyəti azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almaqdır. Ermənistanın bu təxribat əməlləri beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalıdır. Günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan təxribat əməllərinə qarşı hüquqi təsir tədbirləri görülməlidir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı