“İnsan 80 yaşından sonra nə desən ağlayır. Onlar ağlamağı bacarmır, şou göstərir. 82 yaşlı bir qarı göydə Allahını, yerdə insafını unudaraq ağlayıb”.
Ednews-un xəbərinə görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi ağlamağının Ermənistana xeyri yoxdur, əksinə ziyanı var:
“Ancaq biz də buna dövlət olaraq laqeyd qala bilməzdik. Bu məsələyə Sahibə Qafarovanın da mövqeyi var".
Komitə sədri deyib ki, Pelosi demokratiyanın qara üzünü, Amerika demokratiyasının boz sifətini Azərbaycana göstərib:
"Torpaq qurbansız əldə olunmur. Bizim kifayət qədər uğurlarımız var. Bizim də hər birimizin borcu uğurlarımızı dəstəkləməkdir".