İtaliyada seçkilər başa çatıb. Seçki nəticəsində Demokrat Partiyası məğlubiyyətini etiraf edib və populist Meloni İtaliyanın ilk qadın baş naziri olub.
Ednews "dailymail"-ə istinadən xəbər verir ki, İtaliyanın rəsmi kanalı RAI tərəfinin yayımladığı məlumata əsasən, Meloninin başçılıq etdiyi “İtaliya Qardaşları” partiyası 22-26 faiz səs toplasa da, sağçı alyans ümumi səslərin 41-45 faizini toplayıb.
Meloni ictimaiyyətə açıqlamasında “Əgər bizdən bu milləti idarə etməyi tələb etsələr, bunu bütün italyanlar üçün edəcəyik ki, xalqı birləşdirsin",- deyə bildirib.
Qeyri-rəsmi nəticələrə görə, Meloni baş nazir olması ilə İtaliya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə ifrat sağa keçəcək.
Nəzrin Beydiyeva