Rusiya prezidenti Vladimir Putinin nüvə xəbərdarlığından sonra ABŞ “hücumun fəlakətli nəticələr verəcəyi” barədə açıqlama verib.
Ednews xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ölkəsində elan etdiyi “qismən səfərbərlik”i bildirdiyi çıxışında üstüörtülü nüvə təhlükəsindən və “blöf etmirəm” deməsindən sonra Rusiya ilə Qərb arasında gərginlik birdən-birə artıb.
Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bəyan ediblər.
ABŞ prezidenti Co Bayden isə BMT tribunasından Rusiya liderinin özünə cavab verib.
Baydenin bəyanatı ilə kifayətlənməyən ABŞ Rusiyaya xüsusi xəbərdarlıq edərək, nüvə silahından istifadənin “fəlakətli nəticələrə” səbəb olacağını bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan canlı yayımda iştirak etdiyini söyləyərək, rusların sərhədi aşsalar, bunun Rusiya üçün fəlakətli nəticələri olacağını vurğuayıb.
O, həmçinin, ABŞ-ın Moskvaya bunun tam olaraq nə demək olduğunu özəl olaraq çatdırdığını bildirib.
Tərcümə etdi: Nəzrin Beydiyeva