Latviyanın Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edib.
Ednews xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.
"Latviya səfirliyi adından 2020-ci il müharibəsində həlak olanların xatirəsinin Anım Günündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Azərbaycan xalqına və bütün regiona sülh və firəvanlıq arzu edirik", - paylaşımda deyilir.