Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb

Siyasət A- A A+
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçirilən seçkilərə münasibət bildirib. 
 
Ednews xəbər verir ki, bu barədə Şarl Mişel “Twitter“ səhifəsində paylaşım edib.
 
O, keçirilən “referendumların” nəticələrini tanımadığını bildirib. 
 
“Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq”, - deyə o, bildirib. 
 
Sentyabrın 23-dən 27-dək Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bu vilayətlərin Rusiya Federasiyasının subyektləri kimi Rusiyanın tərkibinə daxil olması ilə bağlı “referendumlar” keçirilib. 
 
Rusiya KİV-lərinin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi ən azı 87% təşkil edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...