Ceyhun Bayramov və Çavuşoğlu telefonla DANIŞDI - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Ceyhun Bayramov və Çavuşoğlu telefonla DANIŞDI

Siyasət A- A A+
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.
 
XİN-dən Ednews-a verilən məlumata görə, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.
 
Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...