Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda Co Baydenin köməkçisi Ceyk Sallivan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Ednews xəbər verir ki, Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinin 27 sentyabrda keçirilən yüksək səviyyəli görüşlərdə xarıbülbül yaxa sancağı istifadə etmələri diqqət çəkib.