"Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək" - Ərdoğan - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək" - Ərdoğan

Siyasət A- A A+
“Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək”.
 
Ednews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən səfərbərliyə dair qərarı narahatlıq doğurur.
 
O bildirib ki, bu cür hadisələr diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirir və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır.
 
Ərdoğan, həmçinin bu gün Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu da qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...