“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq AMEA

Siyasət 20:07 30.09.2022

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq.

Ednews xəbər verir ki, bu barədə qərar akademiya Rəyasət Heyətinin sentyabrın 30-da keçirilən növbəti iclasında qərar qəbul olunub.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan birinci məsələ ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında olub.
Mövzu ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvləri bildiriblər ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub.

Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir.

Çıxışlarda o da qeyd olunub ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyev elmimizin inkişafında da mühüm xidmətlər göstərib, onun həyata keçirdiyi elmi potensialın qorunması və inkişaf etdirilməsi siyasətinin nəticəsi olaraq Azərbaycan elmi bir sıra uğurlara imza atıb.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin fəaliyyətində milli elmi kadrların hazırlanmasının da xüsusi yer tutduğunu deyən Rəyasət Heyətinin üzvləri bu gün ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdiyi həmin kadrların uğurla fəaliyyət göstərdiklərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görüb.

90-cı illərdə isə onun təşəbbüsü ilə Azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırılıb.

Natiqlər bildiriblər ki, müstəqillik illərində Heydər Əliyev Azərbaycan elminin inkişafı məqsədilə bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də Ümummilli Lider Heydər Əliyevin ənənələrini davam etdirdiyini deyən çıxışçılar qeyd ediblər ki, hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən “elm-təhsil-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir və bu istiqamətlərə uyğun olaraq indi Akademiyada köklü islahatlar aparılmaqdadır:

“Bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edir ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”.

Qeyd olunanları nəzərə alaraq, ölkə başçısının Sərəncamının icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-da Komissiya yaradılıb və Akademiyanın geniş tədbirlər planının hazırlanması qərara alınıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub.
Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2023-cü il fevralın 25-dək nəşrə hazırlanması və məcmuədə AMEA-da və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi barədə qərar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Hamısı