Fransa Azərbaycana təzminat ödəyəcək? Hüquqşünaslardan AÇIQLAMA

Siyasət 12:02 05.10.2022

Xəbər verdiyimiz kimi oktyabrın 3-də rəsmi Bakı Fransaya etiraz notası verib. Sənəddə Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.

Sənəddə qeyd olunur ki, Fransanın səlahiyyətli qurumları tərəfindən bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayindəliklərinin və Azərbaycan Mərkəzinin mühafizəsinin lazimi qaydada təşkil edilməməsi, zorakılıq aktların hələ araşdırılmaması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməməsi ciddi şəkildə pislənilib və bütün bu hadisələrə görə müvafiq təzminat tələb olunub.

Beynəlxalq hüquq üzrə ekspertlər Azərbaycanın bu məsələdə haqlı tərəf olduğunu qeyd ediblər.

Ednews mövzu ilə bağlı hüquqşünasların fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev açıqlamasında qeyd edib ki, Fransada Azərbaycan səfirliyinin təhlükəsizliyinin təminatına etinasızlığa görə rəsmi Paris məsuliyyət daşıyır.

“Dövlətlərarası diplomatik əlaqələr haqqında 1961-ci ildə Vyana konvensiyası qəbul edilib. Hər bir dövlət bu konvensiyanın tələblərini yerinə yetirməlidir. Fransa öz ərazisində yerləşən hər bir dövlətin diplomatik nümayindəliyinin təhlükəsizliyinə, eyni zamanda səfirliyin inzibati binasına dəyən ziyanın aradan qaldırılmasına görə öhdəlik daşıyır. Əgər Fransanın səlahiyyətli qurumları tərəfindən səfirliklərin təhlükəsizliyinin qorunması, maddi və mənəvi ziyanın qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülmürsə, bu konvensiyanın tələblərinin pozulması deməkdir. Beynəlxalq hüququn normaları və prinsiplərinə bir dövlətin yox, bütün dövlətlərin prizmasından baxmaq lazımdır. Hər hansı dövlətin diplomatik nümayindəliyinə hücum və zorakı hərəkətlərin edilməsi beynəlxalq birliyin maraqlarına və manefelərinə zidd olan bir məsələ kimi dəyərləndirilməlidir. Azərbaycan təzminat tələb etməsə belə, Fransa konvensiyanın pozulmasına görə ciddi məsuliyyət daşıyır”.

Beynəlxalq hüquqi məsələlər üzrə tədqiqatçı Əsabəli Mustafayev isə hesab edir ki, Azərbaycan beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı iddia qaldıra bilər.

“Öz diplomatik nümayəndəliyinin təhlükə altına düşməsi və bununla bağlı mühafizə tədbirlərin görülməməsinə görə, Azərbaycan Avropa Məhkəməsinə müraciət edə bilər, habelə BMT-nin müvafiq  strukturlarında məsələ də qaldırmaq səlahiyyəti var. Xatırladım ki, Vyana konvensiyasına əsasən hər bir dövlət öz ərazisində yerləşən səfirliklərin və konsulluqların mühafizəsində öhdəlik daşıyır. Fransada Azərbaycan səfirliyinə hücumlar artıq mütəmadi hala çevrilib. Əgər Fransa ölkəmizin diplomatik nümayindəliyinin təhlükəsizliyini təmin etmirsə, orada çalışan Azərbaycan vətəndaşlarının həyatına və sağlamlığına ziyan dəyirsə, bütün bunları nəzərə alaraq rəsmi Bakının bu ölkədən kompensasiya tələb etmək hüququ var. Vyana konvensiyasının 39-cu maddəsinə əsasən, Azərbaycan Fransadan öz diplomatik mülkiyyətinin təhlükəsizliyi və mühafizəsi ilə bağlı ciddi tədbirlərin görülməsini tələb edə bilər”. 

Yunis Abdullayev

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı