Belçika parlamentinin deputatından iranlı qadınlara DƏSTƏK - Saçını kəsdi - VİDEO - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Belçika parlamentinin deputatından iranlı qadınlara DƏSTƏK - Saçını kəsdi - VİDEO

Siyasət A- A A+
İranda artıq 21 gündür ki, etiraz aksiyaları keçirilir. 
 
Ednews xəbər verir ki,  dünya miqyasında qadınlar “Əxlaq” polisi tərəfindən öldürülməsinə etiraz olaraq saçlarını kəsib. 
 
Bu qadınlar sırasına Belçika parlamentinin İran əsilli üzvü Dərya Səfayi də qoşulub. O, İranda ümumxalq etirazlarına dəstək məqsədilə parlamentin iclasında saçını kəsib. Xanım Səfayinin bu addımı parlament üzvləri tərəfindən alqışlanıb. 
 
Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə döyülərək qətlə yetirilib. Gənc qızın ölümündən sonra ölkə miqyasında etiraz aksiyaları keçirilir. Nümayişlərdə 100-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...