Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Mariya Zaxarova bildirib.
O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini də qınayıb:
“Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləmişdi.