“İranın qərəzli siyasəti onun daxili qorxusundan irəli gəlir” Ekspert Təbrizdəki hadisələrə aydınlıq gətirib

Siyasət 14:21 26.10.2022

“Bu gün Təbrizdə rejimə qarşı etirazlar xeyli artıb və hətta Təbriz İrandakı inqilab və etirazların mərkəzi nöqtəsinə çevrilib.” 

Bu sözləri siyasi analitik Mətin Məmmədli Təbrizdəki son hadisələrlə bağlı Ednews-a açıqlaması zamanı deyib. 

Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli

“Mən deyərdim ki, aksiyada təkcə həmtürklərimiz deyil, hətta bütün yerli əhali sosial-iqtisadi çətinliklərdən dolayı etirazlara qoşulub. Belə bir hal İrandakı soydaşlarımızın, xüsusilə Təbriz və ona yaxın şəhərlərdəki haqlı etirazlarına da sanki bir təkan vermiş olur. Hesab edirəm, bu da Təbrizi rejimə qarşı ciddi bir müqavimət mərkəzinə çevirə bilər”. 

M.Məmmədli həmçinin Təbrizdə həmyerlilərimizin Ermənistanın konsulluq açmaq sevdasına qarşı təzyiq nümayişi, habelə İranın Azərbaycana qarşı qeyri-səmimi siyasətindən söz açıb. 

“Ermənistanın Azərbaycan türklərinin yaşadığı Təbriz şəhərində konsulluq açmaq istəyinə qarşı yaranan etirazlar təbii hal hesab edilir. Xatırladım ki, Azərbaycan hələ müstəqilliyini təzəcə bərpa etdiyi dövrlərdə Azərbaycan XİN-i Təbrizdə konsulluğumuzu açmağı təklif etmişdi. Baxmayaraq ki, həmin dövrdə İran özü Naxçıvanda konsulluğunu təzəcə açmışdı, bununla belə İran hökuməti məsələni uzadaraq bu işə mane oldu. 

Bu gün İranın Ermənistanın təklifini bu qədər qısa müddətdə qəbul etməsi İranın Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyur və elə bu da məhz Təbrizdə yaşayan soydaşlarımızda güclü qıcıq yaradır”. 

Azərbaycanın müstəqilliyindən bəri son 30 il ərzində İranın davranışlarından danışan ekspert qeyd edib ki, İran Azərbaycanın regionda öz problemini həll edə bilməsindən xeyli narahatlıq keçirməkdədir. 

“İranın qərəzli siyasətinə gəlincə, biz son 30 ilə baxsaq İranın bu cür davranışlarına tez-tez rast gələ bilərik. Buna baxmayaraq, Azərbaycan hər zaman qonşuluq prinsiplərinə hörmət olaraq İranla balanslı siyasət aparıb. Azərbaycan dövləti heç bir zaman öz ərazisindən İrana qarşı plastarm kimi istifadə edilməsinə razılıq verməyib. Təəssüf ki, Azərbaycanın mövqeyi İran tərəfindən adekvat qarşılanmayıb.

Qeyd edim ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqların İranı xeyli narahat etdiyinin şahidi olduq. Şübhəsiz ki, İran hökumət dairələrində düşünürlər ki, son olaylar Azərbaycanın regiondakı mövqeyini xeyli gücləndirir. Mən hətta deyərdim ki, bu narahatolma vəziyyəti İran üçün bir xroniki hala çevrilib. İran Azərbaycanın öz problemlərini həll etməsinə qısqanclıqla yanaşır. Çünki hesab edir ki, Azərbaycan Qarabağ problemini həll edibsə, qarşıda “Güney Azərbaycan” problemi də gündəmdə yer alır. 

Bundan əlavə, İran Zəngəzur dəhlizinin açılmasına da etiraz edən əsas tərəflərdən biridir. Xüsusən də, Azərbaycanın regionda Türkiyə və İsrail kimi güclü partnyorlarla yaxın münasibətdə olması İranı təşvişə salır. İran hesab edir ki, Zəngəzur dəhlizi onun tranzit ölkə olma əhəmiyyətini aşağı salar və İranın şimal hissəsində şərqə doğru uzanacaq bir “Türk Zolağı” meydana gətirə bilər. Beləliklə, bütün bunlar bir səbəb olaraq İranın hazırki mövqeyində təzahür etməkdədir”.

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı