İranda Molla rejiminin süqutu baş verəcəkmi? Güneyli fəaldan AÇIQLAMA

Siyasət 17:00 05.11.2022
İranda kütləvi etirazlar və nümayişlər 50 gündən çoxdur ki, davam edir. Ölkənin azərbaycanlılar, kürdlər və bəluclar yaşayan bölgələrində etirazçıların fəallığı daha çox müşahidə edilir. Bu bölgələrdə nümayişçilər sosial-iqtisadi problemlərlə yanaşı milli məsələlərlə bağlı şüarlar səsləndirilir. 
 
İranın Bəlucistan və Sistan bölgəsində etirazçılar və təhlükəsizlik qüvvələr arasında baş verən qanlı toqquşmalar gündəmdə xüsusi yer alır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bəlucların etirazlarını yatırmaq üçün silahdan və digər vasitələrdən istifadə olunub. Nəticədə xeyli sayda dinc sakin yaralanıb və həlak olub. 
 
İranda Molla rejiminin süqutu baş verəcəkmi?
 
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli Ednews-a açıqlaması zamanı qeyd edib ki, rejimin qeyri-fars millətlərinə qarşı repressiyaları  və qəddar davranışları heç bir halda müsbət nəticə verməyəcək. Onun sözlərinə görə, hazırki proseslər azərbaycanlıları, kürdləri, bəlucları və digər millətləri milli istiqlaliyyət uğrunda mübarizəyə sövq edir. 
 
“Bəlucistanda dinc nümayişçilərə qarşı açılan atəş ciddi bir hadisədir. Dünən bu bölgədə yerli sakinlər arasında kifayyət qədər tanınmış din xadimi - Mövləvi Əbdülhəmid cümə namazından sonra çıxışında rejimə ciddi xəbərdarlıq edib. O, nümayişçiləri rejim tərəfindən öldürülən insanların qanını yerdə qoymamağa çağırıb. Mövləvi açıq şəkildə bildirib ki, silahlar və güllərdən istifadə bəlucların qəzəbini və cəsarətini yatıra bilməyəcək. Həqiqətən, fars mərkəzli hakimiyyətin bəluc millətinə zülmü və zalımlığı qəbuledilməzdir. Bildiyimiz kimi, bu bölgədə yaşayan əhalinin əksəriyyəti sünni məzhəblidir. Bəluclara həm din, həm də irqi baxımdan ayrı-seçkilik edilir. Onlar da bu rejimin amansız və murdar siyasətinə dözümlü yanaşmaq istəmirlər”.  
 
Sadiq İsabəyli, həmçinin bildirib ki, İran İslam Respublikasının konstitusiyasında  bəlucların siyasi və iqtisadi hüquqları məhdudlaşdırılıb.  
 
“Məsələn, bəluc millətinə məxsus olan şəxs ölkənin prezidentliyinə nəinki namizədliyini irəli sürə bilməz, hətta dövlət rəhbərliyində hər hansı vəzifə tutmaq səlahiyyəti yoxdur. Bunun əsas səbəbi onların sünni olması ilə bağlıdır.  İslam cümhurriyəti bu ayrı-seçkiliyi illər ərzində davam etdirir. Eyni zamanda mərkəzi hakimiyyət Bəlucistanda yeraltı sərvətləri talan edir, yerli əhalinin sosial güzaranını və gündəlik həyatını bərbad vəziyyətə salıb. Bəluclar, həqiqətən acınacaqlı durumdadırlar. Bütün bunları nəzərdən keçirərkən görürük  ki, Bəluclar fars millətçiliyindən və rejimin iyrənc siyasətindən cana doyublar. Onlar artıq kütləvi nümayişlər keçirərək öz milli,mədəni və dini azadlıqlarını tələb edirlər.  Digər qeyri-fars millətləri də onlara dəstək verməyə hazırdır”. 
 
Sonda S.İsabəyli əlavə edib ki, İranın coğrafiyasında yaşayan millətlər, xüsusilə azərbaycan türkləri, kürdlər, ərəblər və bəluclar öz milli-mədəni hüquqları və azadlıqları ilə bağlı tələblər irəli sürməlidirlər. 
 
“Cənubi Azərbaycanda “Azadlıq, ədalət və milli hökumət”, “millətlərə istiqlal” və “qadınlara azadlıq” şüaları artıq daima səsləndirilir. Bu şüarlar öz azadlığı uğurunda mübarizə aparan digər qeyri-fars millətlərinə də təsir edir. Əlbəttə, mərkəzi hakimiyyət millətlərin etirazlarının yerli və dünya mediasına çıxmasına imkan vermir.  Bu prosesləri gizlətməyə çalışırlar. Amma görünən budur ki, rejim etirazların dalğası qarşısında tab gətirəb bilməyəcək. Etirazlar bu şəkildə davam edəcək”.
 
Yunis Abdullayev 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı