Noyabrın 9-u axşam saatlarında, İranın Ərdəbil şəhərində yaşayan Pərviz Siyabi Gürcani saxlanılıb.
Ednews İran-ın teleqram kanallarına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan hüquqşünas haqqında həbs hökmü qərara alınıb.
O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.
Qeyd edək ki, Pərviz Siyabi Gürcani bundan öncə 25 iyul 2021-ci ildə tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, 5 avqustda dindirilmə müddəti bitdikdən sonra təhlükəsizlik idarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Oğuz Ayvaz