Fransa Senatının ipi kimin əlindədir? Ekspertdən MARAQLI AÇIQLAMA

“Aİ Fransada hansısa ermənipərəst senatların ambisiyalarına görə özlərini qışın soyuğuna qurban verən deyil”.

Siyasət 13:17 16.11.2022

Azərbaycanın diplomatiya və mənafelərinə hər zaman zidd gedən Fransa Parlamentinin yuxarı palatsı bu dəfə də qeyri-adi qərar qəbul etməklə, öz mənfur məqsədlərini ortaya qoydu. 

Şübhəsiz ki, 15 noyabr 2022-ci il tarixdə “Azərbaycanın neft və qaz tədarükünə qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adı altında verilən bu qərar senatda onu qəbul edənlərin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olduğunu göstərir.

Bir nüansı da unutmaq olmaz ki, Fransa senatının bu tələm-tələsik qərarı həm də İranda Güney azərbaycanlıların yenidən alovlanan narazılığı ilə üst-üstə düşür. Görünür, Fransa senatındakı “bəylər” təkcə Ermənistan deyil, həm də gizli havadarları olan İrana dəstək kampaniyasına qatılıblar.   

Məsələ ilə bağlı politoloq Turab Rzayev Ednews-a geniş açıqlama verib. O, bu qərarın arxasında duran bir neçə faktı əsas gətirib.

“Fransa Senatının bu qərarı qəbul etməsi bir mənalı ola bilməz. Bunun arxasında bir neçə faktor dayanır. Birincisi biz hər zaman erməni lobbisindən başlayırıq. Çünki Senat kommunalar şəklində seçilir və hər kommuna bir nümayəndə seçib Senata göndərir. Bu kommunalarda deyək ki, 6-nəfər bu qanun layihəsini təklif edib. Bu onu deməyə əsas verir ki, onlar ya etnik olaraq ermənilərdən ibarət, ya da ermənilərin çoxluq təşkil etdiyi və ya ermənlərlə biznez tərəfdaşlığı olan kommunadır. 

Burada maraqlı faktlardan biri də qanun barədə səsvermədə 295 nəfərin qərarın leyhinə və cəmi 1 nəfərin əleyhinə səs verməsi olub. Həmin 1 nəfərin isə türk olduğu deyilir. 

Digər ikinci bir faktor Vətən müharibəsi zamanı Fransanın Azərbaycana qarşı mövqeyi idi. Xatırlayırsınızsa, Praqa görüşünə qədər Fransanın mövqeyi mülayimləşsə də, daha sonra müəyyən səbəblərdən Azərbaycana qarşı mövqe yenidən sərtləşdi. Səbəb budur ki, Fransanın regionda müəyyən maraqları var idi ki, bu da Azərbaycan deyil, Ermənistan və İran üzərindən fokuslanırdı. Azərbaycan bu maraqlara qarşı hərəkət etməklə Fransanı qıcıqlandırdı və onu əks mövqe tutmaq qərarına gətirdi. 

Üçüncü məsələ isə Türkiyənin regionda olan maraqlarıdır. Fransa istər Qafqazda, istər Livyada, istərsə də Şərqi Aralıq dənizində hər zaman Türkiyəni özünə rəqib kimi görüb. Xüsusilə bu gün Fransa Türkiyəni Azərbaycanla tandemdə gördüyünə görə Azərbaycanı sıxışdırmaqla, həm də Türkiyəni sıxışdırmağa çalışır”.

Ekspert məsələnin İranla olan bağlılığına da bir qədər əsas gətirib. 

“Aydın məsələdir ki, Fransa İranın əsas partnyorlarından biridir. Hətta ABŞ İrana qarşı ən ağır sanksiyalar tətbiq etdiyi dövrdə belə, Fransa İranla əməkdaşlığı davam etdirir, hətta bəzi sanksiyaların dəyişdirilməsi ilə bağlı müdaxilələr edir. İranla Fransanın tarixi bağlılığı və əməkdaşlığı barədə kifayət qədər tarixi faktlardan misal çəkmək olar. Bunlardan biri, məsələn hələ müharibə dövründə Fansanın Azərbaycan, Rusiya və Türkiyədən xəbərsiz olaraq, İrana Ermənistan üzərindən Qara dənizə, oradan da Avropaya qaz kəmərinin inşası ilə bağlı gizli təklif etməsi olub. Bununla Fransa çalışırdı ki, adı çəkilən ölkələri oyundan kənar vəziyyətdə qoyaraq, İran vasitəsilə Rusiya qazına alternativ bir resurs formalaşdırsın. Hətta bu məsələ bir müddət Rusiya-iran gərilimi ilə də gündəmə gəldi. 

Digər bir fakt Vətən müharibəsindən sonra Aİ-nin Ermənistana yardım məqsədilə 1.6 milyard avro yardım ayırması və Fransanın bunu bir günün içində 2.6 milyarda qaldırması idi. Bu yardımın 600 milyonu həm də Gürcüstandan Zəngəzur dəhlizi vasitəsilə İran sərhədinə qədər çəkiləcək yol infrastrukturu layihəsi üçün nəzərdə tutulurdu. Bu da onu deməyə əsas verir ki, Fransa ilə İran logistik iş birliyindədir və bir-birinə hər zaman dəstəkdir”. 

Politoloq bundan əlavə, qərarda Azərbaycan nefti və qazına qarşı təklif olunan embarqonun təsdiq olunub-olunmaması ilə bağlı da öz rəyini bildirib.

“Senatın Azərbaycan neft və qazına qarşı qoymaq istədiyi embarqonun rəsmiləşdirilməsi inandırıcı deyil. Çünki bu qərarın qüvvədə olması üçün ilk növbədə bunu Senatın digər palatası, Fransa XİN-i, Fransa prezident administrasiyası və nəhayət Makron özü qəbul etməlidir. Həm də hazırda Avropada ciddi enerji qıtlığı yaşanır. Aİ-nin Almaniya kimi nəhəng ölkəsi enerji böhranından əziyyət çəkir. Bir faktı qeyd edim ki, adicə Almaniya şirkətinin Hindistan qarşısında 2043-cü ilədək 2.5 milyon ton sıxlaşdılrılmış qaz satmaq kimi öhdəliyi var. Lakin bu gün Almaniya enerji böhranı ilə bağlı öhdəlikdən artıq imtina edib. Belə bir vəziyyətdə, hətta xatırlayırsınızsa, Aİ-nın rəhbəri alternativ qaz təchizatı ilə bağlı Azərbaycana gəlməsinin ardından bu cür qərara Aİ tərəfindən qol qoyulması mümkünsüzdür. Burada təkcə Fransa deyil, Azərbaycan qazında maraqlı olan İtaliya, İsveç, Balkan ölkələri də nəzərə alınmalıdır. Bir sözlə, Avropa qışın soyuğunda donduğu bir zamanda durub Fransada hansısa ermənipərəst senatorların ambisiyalarına görə özlərini qurban verən deyillər”.   

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı