“Meydan hərəkatı Azərbaycan xalqı üçün universitet idi” Milli Dirçəliş Günündə deputatlar danışdı

Siyasət 11:50 17.11.2022

Xəbər verdiyimiz kimi, bu gün-noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

Ednews bu barədə deputatların fikirlərini öyrənib. Cavabları təqdim edirik:

Millət vəkili, Meydan hərəkatının fəal üzlərindən olan Sabir Rüstəmxanlı o dövrü xatırlayaraq bunları bildirdi:

“Bu gün Azərbaycanın Milli Azadlıq hərəkatının təməlinin qoyulduğu gündür. O illərdən bu günə 34 il keçir. 1988-ci ilin fevral ayından başlayaraq Bakıda müəyyən yürüşlər, mitinqlər keçirilmişdi. Ermənilərin torpaq iddialarına qarşı, Qarababağda erməniləri ayaqlandıran, onlara miatsum deyib ümid verən, ermənistanla birləşmək vədi verən Moskva hakimiyyətinə qarşı Bakıda müxtəlif toplantılar, yığıncaqlar keçirilirdi. O zaman bir sıra dərnəklər vardı. “Varlıq”, “Çənilbel” dərnəklərimiz vardı. Orada bir sıra məsələlər müzakirə edilirdi. O cümlədən Azərbaycanın qarşı-qarşıya gəldiyi vəziyyətləri, 50 milyon xalqın başına gətirilən müsibətləri, tarixdən üzü bəri milli mənəvi dəyərlərimizə qarşı həyata keçirilən soyqrırımları, bir sözlə hamısı müzakirə edilirdi. 1988-ci ilin noyabrın 18-də artıq oturaq mitinq başlandı. Xalq 18 gün meydandan getmədi. Bu hərəkat mənim həyatımda xüsusi rol oynayır. Çünki 18 günlük mitiniqi mən idarə etmişəm. Mən və Nemət Pənahlı. Başqa ona heç kim şərik çıxa bilməz. Kim nə deyir desin. Nümayiş komitəsi də vardı. Bu komitədə ziyalılarımız yığışırdı. Əsas meydan idi, meydan da hər kəsi qəbul etmirdi. Meydan məni qəbul edirdi, çünki “Ömür kitabı”mı oxumuşdular. Bir çox gənclər bu kitabı meydana gətirirdilər. Zavodlarda, universitetlərdə, rayonlardakı görüşlərimizdən məni tanıyırdılar. Səmimiyyətimizə və düzgünlüyümə inanır və qəbul edirdilər. Nemət də fəal və millətini sevən idi”.

S.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan xalqı bu hərəkatdan milli dərs götürdü. 

“Ziyalılara müraciət etdim ki, bizim yazıçılar gəlsinlər söz desinlər, gəldilər söz də dedilər, bəziləri yaxşı çıxışlar da etdi. Hakimiyyət dairlərindən də gələnlər olurdu. Söz verirdik. Amma, meydanda onları fitə basırdılar. Sonra məni, rəhmətlik Aydın Məmmədovu, Əbülfəz Elçibəylə birgə televiziyaya dəvət etdilər. Nahid Hacıyev təklif etdi ki, verilişi mən aparım. Üçümüzün də görüşünü apardım. Birbaşa Meydan hərəkətanı canlı yayımladılar və bütün Azərbaycan gördü ki, Bakıda nələr baş verir. Sonra respublikanın hər tərəfində mitinqlər başladı. Bir sıra rayonlardan adamlar avtobusla Bakıya axışıdlar. Meydan bir universitet idi. Bütün millət o universitetdən keçdi. Bir milli dirçəliş dərsi aldı”.

Millət vəkili Meydan hərəkatının ömür yolunda önəmli rol oyandığını vurğuladı:

“Bu bizim tariximizdə çox şərəfli gündür. Mənə elə gəlir ki, bütün həyatım Meydana doğru gələn yol imiş. Çünki Meydanda 1 milyon insanın sənə qulaq asdığını, inandığını, səni çiyninə alıb apardığını görmək odur ki, ömrün hədər yerə keçməyib. O Meydan da ömrüm qırılsa da yenə xoşbəxt olardım”.

Millət vəkili Ceyhun Məmmədov qeyd etdi ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı.

“1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız azadlığı öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı. Son 17 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Azərbaycan xalqının milli azadlıq mübarizəsində əsas dönüş nöqtəsi olan və xalqın iradəsini özündə əks etdirən Milli Dirçəliş Günü münasibətilə sizi təbrik edirəm! Bayramınız mübarək!”

Əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, 1988-ci ilin "Azadlıq" marşının ilk misralarını yazanda may ayının təxminən birinci yarısı idi. İlk dəfə mayın 20-də geniş auditoriya qarşısında ifa olundu. Daha doğrusu, mən ifa etdim. İyunun 24-də isə böyük bəstəkarımız Tofiq Quliyevin dəstəyi və tövsiyyəsi ilə mətn üzərində yenidən işlədim və ikinci bəndi əlavə etdim. Beləliklə "Azadlıq" marşı ərsəyə gəldi.

“O zaman 21 yaşım hələ tamam olmamışdı. Ötən 34 il ərzində başımın və başımızın üzərindən çox buludlar keçdi... Amma "Azadlıq" marşı məni daim ayaqda saxladı, gənc yaşlarımda özüm üçün çəkdiyim yaradıcılıq cizgisindən aşağı enməyimə imkan vermədi. Milli Davaya xəyanət etməyən, ən çətin anında belə "Dövlətimə, Millətimə canım fəda" deyən, İstiqlal məfkurəsindən dönməyən, üçrəngli bayrağın başımız üzərində dalğalanmasını Tanrının ən böyük lütfü sayan, "Mənim də dövlətim var" deyəndə gözləri sevincdən bulud kimi dolan bütün soydaşlarımı, əqidə yoldaşlarımı Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm! Mən keçdiyim və getdiyim yolla qürur duyuram.Vətən sağ olsun! Millət sağ olsun! Dövlət sağ olsun!”

Qeyd edək ki, artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı