Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı zirvə görüşündə Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsiunin imzalanması üçün ilk addımın Ermənistan tərəfindən atılmalı olduğunu bildirib. Belarus rəhbəri bu sözlərlə birbaşa Ermənistan tərəfini iki ölkə arasında sülh prosesini ləngitməkdə ittiham edib.
KTMT görüşündə Belarusun Azərbaycan yönümlü mövqeyinin səbəblərini politoloq Elşən Manaflı Ednews üçün şərh edib. Onun sözlərinə görə həm Rusiya, həm də Belarus hakimiyyəti Azərbaycanın Ermənistanla müqayisədə Avrasiya İqtisadi Birliyi və KTMT-yə qatılacağı təqdirdə onun strateji əhəmiyyətinin nə qədər böyük olduğunun fərqinə varıb.
“Belarus və onun lideri Lukaşenko Azərbaycanın Ermənistanla muqayisədə AİB və KTMT üçün nə qədər böyuk strateji əhəmiyyət daşidiginin, Azərbaycanin bu təşkilatlara qoşulacağı təqdirdə onların beynəlxalq nüfuzlarının, regional və qlobal çatda proseslərə təsir imkanlarının genişlənə biləcəyinin əhəmiyyətinə varır”.
Ekspert həmçinin, Belarusla Azərbaycan arasında mövcud olan həm iqtisadi, həm də diplomatik əlaqələrdən də söz açıb.
“Belarus və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq çərçivəsindədir. Hələ 2007-ci ildə bu dövlətlər arasinda dostluq və əməkdaşlıq haqqında müqavilə, 2015 ci ildə isə sosiai iqtisadi əməkdaşlıq barədə sənədlər imzalanıb. Bundan əlavə, iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2017 ci ildə 161 milyon dollar civarında olduğu halda, 2021 ci ildə 484 milyon dollara çatdırılıb.
Bunu da əlavə edim ki, hazırda Azərbaycanda Belarusiyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir. Beynəlxalq və subregional təşkilatlarda dövlətlər sıx əməkdaşlıq edirlər. Bu baxımdan, Belarus Qarabağ münaqişəsinin ilk günlərindən bu problemin Azərbaycanın ərazi butövlüyü çərçivəsində həllinin tərəfdarı olub və bir qayda olaraq, Ermənistanı munaqişə ilə baglı BMT TŞ-nin qətnamələrini icra etməyə çagırıb”.
Elşən Manafov Lukaşenkonun Ermənistana səslənərək, onu sülh prosesinin ləngiməsində səbəbkar kimi göstərməsinin digər bir siyasi məqamına da toxunub.
“Bu mənada istisna deyil ki, Lukaşenko rəsmi Bakı qarşısında geosiyasi və iqtisadi divident qazanmaq, onu adı çəkilən təşkilatlara cəlb etmək üçün vasitəçilik edir. Çünki Azərbaycan özünün maliyyə imkanları, neft və qaz resursları, kənd təsərrüfatı məhsulları, loqistika, nəqliyyat dəhlizlərinə çıxış imkanları ilə cəlbedicidir. Həmçinin, qeyd edim ki, İrəvandakı son zirvə görüşünün Paşinyanın umidlərini doğrultmaması, təşkilatdan istədiyi dəstəyi ala bilməməsi bu təşkilatlarda təmsil olunmuş dövlətlərin Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi və inkişafı ilə baglı məsələlərdən irəli gəlir”.
Elnur Ənvəroğlu