İranda bu günədək 448 etirazçı öldürülüb.
Ednews "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu haqda məlumatı İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi açıqlanıb.
Bildirilir ki, İran İnsan Haqları Təşkilatı noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabr-24 noyabr tarixlərində İranda davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı, məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin tələbə olduğu qeyd edilib.
Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək verib.