Tural Abbaslının müavini deputatların fikrini dəstəklədi "İndidən 5 ilin bitməsinə hazırlaşmalıyıq"

Siyasət 18:45 30.11.2022
Cavanşir Abbaslı: “Sevindirici haldır ki, artıq qanunverici orqan səviyyəsində...”
 
Xəbər verdiyimiz kimi Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına diqqət çəkib. Bildirib ki, son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük: “Hansi səbəbdən bunu edirlər?”
S.Novruzov qeyd edib ki, bununla hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söyləyib:
 
“Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı Biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə separatçılar lazım deyil, işlərini görə bilmirlərsə, getsinlər”.
 
Komitə sədri Ziyafət Əsgərov da bu mövzuda danışarkən həmkarının fikirlərini dəstəkləyib. 
 
Ednews xəbər verir ki, Sitat.info-ya açıqlamasında məlum mövzuya münasibət bildirən AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı da bu fikirləri çox müsbət qəbul etdiyini bildirib:
 
Onun sözlərinə görə, hər iki deputatın fikirləri tam olaraq yerində deyilib:  "Ümumiyyətlə, sevindirici haldır ki, artıq qanunverici orqan səviyyəsində Qarabağda olduqları 2 il müddətində üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etməyən rus sülhməramlılarının oradan çıxarılması tələbi səslənir. Əslində bu da gözlənilən idi. Çünki, 20 gün öncə Ali Baş Komandan İlham Əliyev açıq şəkildə Rusiya sülhməramlılarının Qarabağda bəlli müddətə yerləşdirildiyini bildirdi. Bu müddətin bitiminə isə 3 il qalır".
 
C.Abbaslı hesab edir ki,  bu illər ərzində tez-tez sülhməramlıların müddətinin nə qədər qaldığını gündəmdə saxlamalıyıq: "Bu çox vacib məqamdır. Əks halda ermənilər sığındıqları Rusiyanın sülhməramlılarının müddətinin uzadılması üçün dəridən-qabıqdan çıxacaqlar. Çünki, yaxşı bilirlər ki, həmin qüvvələrin Qarabağdan çıxarılmaları Xankəndi də daxil bütün problemlərimizin aradan qaldırılmasına yol açacaq. Artıq Moskva tərəfindən hərəkətlənmə də müşahidə olunur. Tez-tez Ermənistan-Azərbaycan münasibətlərinin tam şəkildə düzəlməsini istədiklərini guya istəyirlər. Burada isə, səmiyyət özünü heç bir halda göstərmir".
 
Partiya sözcüsü vurğulayır ki, günlər öncə “Dağlıq Qarabağ vilayəti” ifadəsi işlədilən ölkədən hansı səmiyyəti gözləmək olar: " Biz indidən 5 ilin bitməsinə 6 ay qalana hazırlaşmalıyıq, həmin zaman çatanda öz haqlı tələbimizi, yəni rusların Qarabağdan çıxma tələbini irəli sürməliyik. Ermənilər, ruslar nə qədər çabalasalar da, burada əsas söz hüququ Azərbaycana məxsusdur”.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı