Silahlılar Qarabağda toplaşmağa başlayıb Erməni iddialarının GİZLİ MƏQAMLARI

Siyasət 14:50 01.12.2022
Erməni mediasının yaydığı məlumatına görə, Qarabağda erməni silahlı birləşmələri sürətlə silahlanır və hərbi təlimlər həyata keçirirlər. 
 
Ümumiyyətlə son zamanlar rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz erməni silahlı dəstələri mütəmadi olaraq Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar.
 
Qarabağda son prosesləri təhlil edən bəzi ekspertlər yaxın zamanda bölgədə növbəti hərbi əməliyyatların, daha doğrusu geniş itkilərə səbəb olacak toqquşmaların baş verəcəyini iddia edilər. 
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Natiq Miri də Azərbaycan ordusu tərəfindən Qarabağda anti-terror əməliyyatlarının həyata keçiriləcəyini ehtimal edib. Söhbət zamanı o, qeyd edib ki, bu əməliyyatlarda bir sıra önəmli strateji nöqtələr nəzarətə götürüləcək.  
 
“Hesab edirəm ki, ərazilərimizdə yerləşən erməni silahlı  birləşmələri Azərbaycan ordusu ilə ciddi hərbi qarşıdurmaya gəlmək gücündə deyil. Yüksək potensiala və qüdrətə malik olan Azərbaycan Silahlı Qüvvələri həmin erməni terrorçularını qısa zamanda mühasirəyə alıb məhv edər. Son proseslər göstərir ki, ermənilərin təxribatları çox da uzun davam edə bilməz. Hər bir problemin öz sərhədi var. Azərbaycan rəhbərliyi qısa müddət ərzində ordunu hərəkətə gətirəcək və bütün qanunsuz silahlı ünsürlər zərərsizləşdiriləcək. Bu əməliyyatlar çərçivəsində ilkin növbədə ordumuz Laçın dəhlizini nəzarətə götürəcək. Bu dəhliz ətrafında mövqelərimizi qurmaqla Ermənistandan Qarabağa silah-sursatın daşınmasına, o cümlədən Ermənistanın və xarici ölkələrin təxribatçılarının bölgəyə qanunsuz səfərlərinə birdəfəlik son qoyulacaq. Azərbaycan ordusu özünü müdafiə hüququndan istifadə edərək beynəlxalq hüququn təmin edilməsi istiqamətində öz ərazisində hərbi əməliyyatlar həyata keçirməsində heç bir şübhə ola bilməz”. 
 
Rusiyanın erməniləri təxribatlar törətməyə təhrik etməklə Azərbaycanı tələyə salmağa çalışması ilə bağlı iddialara fikir bildirən Natiq Miri bildirib ki, Rusiya hər zaman Cənubi Qafqaz regionunda milli qarşıdurmaların və toqquşmaların olmasında maraqlı olub. 
 
“Moskva Qarabağda elə bir vəziyyət yaradıb ki, sanki orada sülhü təmin etmək üçün rus sülhməramlılarının varlığı zərurət yaradır.  Qarabağda Rusiyasız heç bir şeyin mümkün olmayacağını görüntüsünü yaratmağa çalışan rus sülhməramlıları ərazilərimizdə separatçı ünsürlərin silahlanmasına imkan yaradır, bununla belə onları Azərbaycan ordusuna qarşı hərəkətə gətizdirir. Sülhün və sabitliyin dalana dirənməsi, təxribat xarakterli problemlərin artması Rusiyanın regionda geosiyasi maraqlarına xidmət edir. Heç bir statusa malik olmayan rus sülhməramlıların fəaliyyəti Azərbaycan üzərində siyasi təzyiq alətidir. Rusiya Qarabağ məsələsinin tam həll edilməməsi üçün separatçı rejimin varlığını qoruyur, onu hər bir vasitə ilə təmin edir. Ona görə də iki il ərzində Ermənistan ordusunun qalıqlarının və separatçı silahlı birləşmələrinin təkisilah edilməsi istiqamətində Rusiya heç bir ciddi addım atmayıb”. 
 
Azərbaycan ordusunun rus sülhməramlıların məsuliyyət zonasına daxil olduğu zaman nə baş verəcək sualına cavablandıran Natiq Miri vurğulayıb ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan ordusunun özünümüdafiə hüququna heç kəs qarışa bilməz. 
 
“Rus sülhməramlılarının məsuliyyət zonası deyilən bir zona yoxdur. Bütün dövlətlər Qarabağı Azərbaycanın qanuni ərazisi kimi tanıyır. Azərbaycan Silahlı Qüvvələri də özünümüdafiə hüququndan istifadə etməklə öz suveren ərazilərində erməni terrorçularına qarşı hərbi əməliyyatlar keçirəcək. Əlbəttə, bu əməliyyatlar başlamazdan əvvəl Rusiyaya xəbərdarlıq ediləcək. Bu zaman Rusiya haqqın yanında olmalı və öz öhdəliklərini yerinə yetirilməlidirlər. Əgər o yenə də öhdəliyindən imtina edərsə, Azərbaycan ordusu üzərinə məsuliyyət götürərək bütün qanunsuz erməni hərbi birliklərini tərkisilah edəcək. Bunun başqa bir alternativ yolu yoxdur. Eyni zamanda qardaş Türkiyə də bizim yanımızda yer alaraq Qarabağda proseslərə qatılacaq”.   
 
Yunis Abdullayev
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Hamısı