Rusiya qazanacaq, yoxsa itirəcək? “Sülhməramlılar ermənilərin gözündən düşə bilər”

Siyasət 20:00 14.12.2022

Rusiyanın bir neçə cəbhədə savaş açması bu günki gündə onun həm gücünü həm də zəifləməyə doğru gedən bir tərəf olduğunu ortaya qoyur. Əslində tarixə nəzər salsaq vaxtilə Rusiya bolşevizminin ətraf ölkələri necə qısqacları arasına aldığını təcrübi olaraq nəzərdən keçirmiş ola bilərik. O zaman onun tabeliyinə daxil olan ölkələrin nə ordu potensialı nə də iqtisadi gücü var idi. Bu gün isə ssenari eyni olsa da, vəziyyət tamamilə fərqlidir. 

Elə isə heç kənara getmədən Qarabağdakı hadisələri nəzərdən keçirək.  

Hazırda Rusiya Müdafiə Nazirliyinin komandanlığı altında Qarabağ bölgəsində vəziyyətə nəzarət edən rus sülhməramlı kontingenti ilə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında yaranan vəziyyət həm də Rusiyanın daxilindəki proseslərdən xəbər verir.  

Alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır” – Turab Rzayev

Bu xüsusda politoloq Turab Rzayev Ednews-a açıqlaması zamanı Rusiyanın vəziyyəti haqda müqayisəli fikir bildirib. 

“Rusiya bu gün də 100 il əvvəlki imperialist müharibəsini davam etdirmək niyyətindədir və bu onun dəyişməyən irticaçı siyasətidir. Lakin burada fərqli məqam budur ki, bu gün onun qarşısında dayanan ölkələr 100 il əvvəl I dünya müharibəsindən yorğun çıxmış halda deyil. Artıq həm baxışlar, həm də güc prinsipi dəyişib”. 

Ekspert Rusiyanın cənubda cəbhə açması məsələsinə gəlincə qeyd edib ki, Rusiya hazırda ən çox Ukraynadakı proseslərin nəticəsini izləməkdədir. 

“Ukraynada gedən müharibənin sonucları+ 0   Rusiya üçün həlledici məqamlara yol aça bilər. Bunun üçün Rusiyanın ilk öncə qələbəyə ehtiyacı var. Lakin Rusiyanın bu müharibədə uduzduğu halda acıq çıxmaq üçün cənub və Mərkəzi Asiaya qonşularına hücum etmə cəhti də istisna edilmir”.  

Bundan əlavə, siyasi analitik Rusiyanın bu günki şəraitdə bütün cəbhədə müharibə aparmaq meyillərinə də toxunub. 

“Rusiyanın qonşu torpaqlarında və Qərblə münaqişəyə girməsinin əslində tam olaraq səbəbi bəlli deyil. Lakin bəlli olan budur ki, Rusiya bununla qlobal qeyri-stabillik yaratmaq niyyətindədir və buna qismən də olsa nail olub. Digər tərəfdən Rusiyanın tarixən müharibə aparmaq istəyi müəyyən subyektiv səsəblər üzrində qurulub. Məsələn, Rusiya II Dünya müharibəsi zamanı və ondan əvvəl də nasizmə qarşı mübarizə adı altında müəyyən cəbhə yaratdı. Hətta vaxtilə Rusiyanın Yaponiyaya qarşı müharibə elan etmək niyyəti haqda məlumatlar da dərc olunmağa başladı. Bu gün isə Rusiya bunu edə bilmir. Çünki Rusiya nə Yapon texnologiyası nə də dünyanın ən müasir silahları ilə ayaqlaşa bilmədiyinə şahiddir”. 

Turab Rzayev Laçındakı etiraz aksiyasına toxunaraq qeyd edib ki, sülhməramlı qüvvələr istənilən halda uduzan tərəf ola bilər. 

“Rusiya bizim Laçın yolundakı aksiyanın tələblərinə cavab verməkdə acizdir, çünki tam olaraq deməyə sözü yoxdur. Burada yalnız iki yol var: ya Rusiya icazə verməlidir ki, ekoloji-aktivistlər və digər sivil vətəndaş cəmiyyəti nümayəndələri və QHT-lər gedib həmin mədənləri və digər əraziləri yerində monitorinq etsinlər, hansı ki, Rusiya sülhməramlıları bundan narahatdırlar. Çünki onlar düşünür ki, bu davamlı olsun. Ya da əks halda Laçın dəhlizinin bağlı qalması ilə bu məsələ nəticələnə bilər. Hətta bu nüansda belə Rusiya uduzan tərəf olaraq qalır. Çünki dəhlizi biz deyil, sülhməramlı dəstələr bloklayıb.

İkinci bir məqam budur ki, əgər etirazçılar Xankəndinə buraxılarsa Rusiya sülhəməramlı qüvvələrinin nüfuzu oradakı mövcud sakinlər qarşısında sarsılacaq. Və bu bir daha onu sübut edəcək ki, Xankəndi və digər ərazilərdə yaşayan ermənilər Azərbaycan qanunlarından kənarda yaşaya bilməz”. 

Elnur Ənvəroğlu

Eurasia Diary

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı