Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri sülh mesajı veriblər.
Ednews xəbər verir ki, aksiya iştirakçıları sülh rəmzi olan göyərçinləri havaya buraxıblar. 44 göyərçin isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir. Bununla, onlar sülh və dinc yaşayışın tərəfdarı olduqlarını, aksiyanın yalnız humanitar məqsəd daşıdığını dünyaya çatdırıblar.
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyanın iştirakçısı olan ekofəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, könüllülər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz bildirir.