Bu ölkələr arasında ticarət müharibəsi başlaya bilər - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu ölkələr arasında ticarət müharibəsi başlaya bilər

Siyasət A- A A+
Avropa İttifaqının (Aİ) ABŞ-ın qəbul etdiyi İnflyasiyanın Azaldılması Aktına (IRA) reaksiyası müttəfiqlər arasında ticarət müharibəsi təhlükəsi yaradır.
 
Ednews xəbər verir ki, bu proqnozu Almaniyanın “Die Welt” nəşri verib.
 
Qeyd olunub ki, avropalı siyasətçilər birliyin ABŞ Prezidenti Cozef Baydenin “genişmiqyaslı sənaye və siyasi hücumu”na cavab tədbirləri müzakirə ediblər. Nəşr yazıb ki, Aİ-yə üzv ölkələr Fransa da daxil olmaqla sərt xətt tərəfdarlarına qulaq assalar, bu, “transatlantik subsidiya yarışı” riskinə gətirib çıxaracaq və həmçinin Avropanın proteksionizminin artmasına və ABŞ-la ticarət müharibəsinə səbəb ola bilər.
 
“Bu, partlayıcı qatışıqdır. Fransa xüsusilə Avropanın sərt reaksiyasında israrlıdır”, - qəzet qeyd edib.
 
Vurğulanıb ki, hətta əvvəllər istisna edilmiş tədbirlər, məsələn, subsidiyalar və dövlət satınalmaları üçün “Avropa malı al” qaydası nəzərdən keçirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...