Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yunanıstana xəbərdarlıq edib. Ednews xəbər verir ki, Zaxarova Rusiya istehsalı olan S-300 uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməsinin yanlış olduğunu bildirib.
O, Moskvada verdiyi açıqlamada Afinanın niyyətlərini sərt şəkildə tənqid edərək,yunanların əksəriyyətinin Kiyevə silah verilməməsinin tərəfdarı olduğunu deyib. Zaxarova Yunanıstanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemlərini təhvil verməsini Rusiyaya qarşı təxribat və düşmən münasibət kimi qiymətləndirəcəklərini bildirib.
Qeyd edək ki, Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemləri 1999-cu ildə Kipr Rum rəhbərliyi tərəfindən Türkiyəyə qarşı Rusiyadan alınıb. Türkiyənin reaksiyası ilə NATO işə qarışıb və S-300 raketləri Yunanıstana çatdırılaraq Krit adasına göndərilib.
Nəzrin Eldarqızı