Naxçıvan MR-in statusu ləğv olunur? Politoloqdan ŞƏRH

Siyasət 14:03 29.12.2022

Xəbər verdiyimiz kimi, millət vəkili Zahid Oruc Naxçıvanın Ali Məclisinin ləğvi ilə bağlı fikirlər səsləndirib. O, qeyd edib ki, müharibədə qaanılan Zəfərdən sonra mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız konstitusiyaya dəyişikliklərlə mümkündür.

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, o, indiyə qədər bu barədə bir neçə dəfə fikir bildirib. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin noyabr ayının 17-dək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti adlanıb. Həmin dövrdə Azərbaycan SSR-in və onun ayrılmaz bir parçası olan Naxçıvan MSSR-in ərazisinə daxil olan bütün subyektlərdə xalq deputatları sovetləri fəaliyyət göstərirdi və təbii ki, yerli sovetlər olduğu üçün daha yüksək statuslu orqanın – Ali Sovetin olması da labüd idi. Naxcıvan MSSR-nın adından “Sovet Sosialist” sözləri çıxarıldıqdan, Ali Sovetin adındakı “Sovet” sözü “Məclis”lə əvəz edildikdən bir müddət sonra da yerli ərazi subyektlərində xalq deputatları sovetləri fəaliyyət göstərdiyindən, həmin dövrdə də “ali” sözünün qalmasını başa düşmək olar. Amma indi Naxçıvanda nə “xalq deputatları sovetləri” var, nə də yerli “məclis”lər. Əgər yerlərdə məclislər yoxdursa, təbii ki, olmayan məclislərin “Ali”si də ola bilməz. Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycan Respublikasının ali qanunvericilik orqanı Milli Məclis adlanır. Belə olduğu təqdirdə, Azərbaycanın inzibati ərazi subyektlərindən birinin qanunverici orqanı “Ali Məclis” adlana bilməz. Çünki “Ali” daha yüksək deməkdir”.

Politoloqun sözlərinə görə, əgər gələcəkdə bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulubsa, o zaman Naxçıvan MR Ali Məclisinin adından “Ali” sözünün çıxarılması daha doğru, daha məntiqli olardı.

“Naxçıvan Muxtar Respublikasının qanunverici orqanının, ümumiyyətlə ləğvinə gəldikdə isə bu yalnız sözügedən inzibati ərazi subyektinin müxtariyyət statusunun ləğv olunduğu halda mümkündür. Çünki muxtariyyətin - istər ərazi olsun. İstər vilayət, ya da respublika - əsas atributlarından biri də onun öz muxtar iradəsini hüquqi-normativ aktlarla ifadə etmək hüququna malik olmasıdır. Əgər Naxçıvan gələcəkdə də “muxtar ərazi”, yaxud “vilayət”, “respublika” kimi qalacaqsa, onun Azərbaycan Respublikasının Konstitusiyasına və əsas qanunlarına uyğun olaraq, yerli səviyyədə qərarların qəbul edilməsi üçün məclisə malik olması şərtdir”.

E.Mirzəbəyli hesab edir ki, Naxçıvan MR-in muxtariyyət statusu ləğv olunarsa, o zaman təbii ki, məclisə də ehtiyac duyulmayacaq.

“Bəzən Naxçıvanın muxtar statusu ilə bağlı məsələlərdə Qars və Moskva müqavilələrini nümunə gətirir və bu statusun ləğvininin mümkünsüzlüyünü bildirirlər. Sözügedən müqavilələrdə əsas şərt indiki Naxçıvan MR-in Azərbaycan tərəfindən üçüncü tərəfə güzəştə gedilməməsidir. Yəni bu o deməkdir ki, Naxçıvan yalnız və yalnız Azərbaycanın tərkibində qalmalıdır. Naxçıvanın muxar statusu ləğv olunacağı təqdirdə, bu məsələ də mahiyyət etibarilə öz həllini tapır, Naxçıvan ölkənin inzibati ərazi bölgüsünə uyğun olaraq, digər subyektlərlə eyni statusu daşıyan inzibati ərazi subyektinə, yaxud subyektlərinə çevrilir. Qars və Moskva müqavilələrində Naxçıvanın muxtar ərazi statusunun ləğvinə və Azərbaycanın tərkibindəki digər inzibati ərazi subyektləri ilə eyni statusu daşımasına maneə yarada biləcək heç bir müddəa yoxdur. Yeganə şərt muxtar respublikanın ərazisinin üçüncü tərəfə güzəştə gedilməməsidir ki, Naxçıvanın muxtariyyət statusunu aradan qaldırmaqla, ərazini üçüncü tərəfə güzəştə getməyəcəyimizi daha qabarıq və imperativ şəkildə bəyan etmiş oluruq. Bunun üçün də, şübhəsiz ki, referendum keçirilməli və ölkə Konstitusiyasına müvafiq əlavə və dəyişikliklər edilməlidir”.

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı