Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
Ednews xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.
Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.