“Azərbaycanla münasibətlər və əməkdaşlığımız tariximizin ən üst pilləsinə yüksəlib”.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasının nəticələrinə dair açıqlamasında bildirib.
Ərdoğan keçən il Türkiyənin xarici siyasətdə baş verənlərlə əlaqədar məsələlərlə bağlı danışarkən bildirib ki, Türkiyə regionda və dünyada sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.