“Rusiyanın deyil, Ermənistan tərəfinin yanaşmalarında çoxlu qeyri-müəyyənlik var”.
Ednews xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.
“Bu yanaşmalara aydınlıq gətirildikdə ümumi mənzərə aydınlaşacaq. Rusiya Ermənistanın rəsmi nümayəndələrinin, o cümlədən ikitərəfli kanallar vasitəsilə hansı fikirdə olduğunu aydınlaşdırmağa çalışır”, - deyə o, qeyd edib.