Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq.
Dövlətimizin başçısı deyib ki, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik: “Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev Ednews-a müsahibəsində müasir silahlardan, həmçinin Azərbaycanın hansı ölkələrə silah satması ilə bağlı sualları cavablandırıb.
Sözügedən video-müsahibəni təqdim edirik.
Əbülfət Baxşəli