"Bu dövlətimizə edilən silahlı hücum sayılmalıdır" Fəzail İbrahimli

Siyasət 17:10 27.01.2023

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain terror hücumu hamımızda böyük qəzəb doğurdu. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan səfirliyi, dövlətimizin bir hissəsidir, bu həm də  dövlətimizə edilən silahlı hücum sayılmalıdır. Bu hücumu dəf edərkən şəhid olan qəhrəman soydaşımızın ailə üzvlərinə də dərin hüznlə başsağlığı verirəm”. 

Bunu  açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, baş vermiş hadisə nə qədər qəzəb doğursa da həm də müəyyən mənada gözlənilməz sayılmır: “Bu terror hadisəsi  İran rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.  

Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib. Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi btövlüyümüzün bərpasını həzm edə bilməyən İran, ölkəmizi ən son təbrik edənlər sırasında oldu. Eyni zamanda qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətidə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Üçtərəfli bəyanatda Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran rejimi açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Özünün "qırmzı xətlərini" bəyan edir. Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmədi. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi. Azərbaycanda yaratdığı dini-ektremist qrupların, casus şəbəkələrin ifşası İranın necə təhlükəli olduğunu göstərdi. Son terror aktı bütün bu prosesin məntiqi sonluğu sayılmalıdır. Amma fars molla rejimi anlamalıdır ki, artıq regiondakı geosiyasi, təhlükəsizliklə  bağlı hər hansı proseslərin aparalıb-aparılmaması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi xeyli güclüdür. Bu güc  Azərbaycanın Türkiyə, Pakistan və İsrail kimi regionun söz sahibi olan dövlətləri ilə strateji müttəfiqliyinə dayanır. Adını islam ölkəsi qoyan İranın isə bir müsəlman dövləti ilə normal münasibəti yoxdur. Özünü ABŞ və Avropanın hədəfinə çevirən İranın qonşuları ilə də qırmızı xətti keçməsi bu ölkənin sonunu gətirəcək. Digər bir tərəfdən ortada İranı bir yumruğu ilə əzə biləcək Güney Azərbaycan faktoru da var. Fars molla rejimi bütün bunları hesablayıb, ağlını başına yığmalıdlr. Azərbaycanla qarşıdurma bu ölkəni məhvə aparar”.

 

Ayan Rzayeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı