İordaniya XİN Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İordaniya XİN Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib

Siyasət A- A A+

İordaniya Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Ednews xəbər verir ki, bununla bağlı İordaniya XİN bəyanat yayıb.

“Bu gün Tehranda Azərbaycan səfirliyinin heyətini hədəf almış hücumla əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk.

XİN şiddət və zorakılığın bütün formalarını, xüsusilə də diplomatik missiyaları və onların işçilərini hədəf alan hücumları rədd edir və qınayır. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə İordaniya XİN-in bəyanatında bildirilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...