Gürcüstan niyə susur? “Saakaşvili ya Ukraynaya, ya da...” Vadim Tryuxandan ÖZƏL AÇIQLAMA

Siyasət 14:33 03.02.2023

Son bir neçə ildə regionda və ondan kənarda olan ölkələr üçün strateji əhəmiyyətli olan Gürcüstanın diplomatiyada susqunluq nümayiş etdirməsi diqqət çəkib. Həmin dövlətlərdən biri hazırda Gürcüstanla eyni acını paylaşan və Rusiya ilə cəbhədə mübarizə aparan Ukraynadır. Bu baxımdan ötən gün Gürcüstan prezidenti Salomi Zurabaşvilinin işğala məruz qalan Ukrayna və oxşar taleyi yaşayan Osetiya və Abxaziya ilə bağlı açıqlaması maraqla qarşılanıb. 

“Ukrayna ilə sülh sazişi çərçivəsində Rusiya qoşunlarını Abxaziya və Osetiyadan çıxarmalıdır.”

Ukraynalı politoloq Vadim Tryuxanın fikrincə, bu həm də Gürcüstanın artıq Ukraynanın qələbəsinə inamından irəli gəlir. Yəni Gürcüstan güclü olanın tərəfindən çıxış etməklə, proselərə ilk dəfə olaraq belə münasibət bildirib. Lakin ekspert Gürcüstanın bu qədər müddətcə proseslərə susqun qalmasını Ednews-a açıqlamasında belə qiymətləndirib: 

“Hər şey bu qədər sadədir. Saakaşvili parlament seçkilərində uduzduqdan sonra on ildən artıqdır ki, orada hökumətə milyarder Bdjina İvanişvilinin himayə etdiyi rusiyayönlü eqo siyasətçilər rəhbərlik edir.

Saakaşvilinin bəzi yoldaşları həbs edilib, bəziləri də ələ alınıb. Nəticədə müxalifət çox zəifləyib. Ona görə də rəsmi Tbilisi bu son açıqlamasına qədər uzun zamandır ki, susub”.

Ukraynanın Gürcüstanı özünə diplomatiyada mütttəfiq hesab edib-etməməsinə gəlincə, politoloq bildirib ki, bu məsələyə birmənalı münasibət bildirmək mümkün deyil. 

“Bu məsələyə münasibət bildirmək o qədər də asan deyil. Aydındır ki, rusiyalı milyarder İvanişvilinin himayə etdiyi indiki hökuməti etibarlı tərəfdaş hesab etmək olmaz. Eyni zamanda gürcü xalqı Ukraynaya rəğbətini və dəstəyini ifadə edir və ehtiyacı olan ukraynalılara humanitar yardım göstərir. Bundan başqa, çoxlu gürcü könüllüləri Ukrayna qəhrəmanları ilə çiyin-çiyinə cəbhədə rus qüvvələrinə qarşı döyüşürlər. 

Bu o deməkdir ki, vəziyyət olduqca tez dəyişə bilər. Gürcüstan gələcəkdə mütləq Ukraynanın tərəfdaşı olacaq. Çünki Aİ və NATO-da bizim ümumi gələcəyimiz var,” deyə, o, belə vurğulayıb.

Vadim Tryuxan həmçinin öz vətəni olan Gürcüstanda maddi və mənəvi işgəncə alan keçmiş prezident Mixayıl Saakaşvilinin son vəziyyəti ilə bağlı danışlb. O, qeyd edib ki, Ukrayna nəinki Saakaşvili, onun kimi  Gürcüstanda təziqə məruz qalanların azad edilməsi üçün səy göstərir. 

“Ukrayna xaricdə əziyyət çəkən bütün vətəndaşlarını azad etmək üçün əlindən gələni edir. Saakaşvili unikal hadisə deyil.

Dünən Ukrayna prezidenti Zelenski Kiyevdə Avstriya prezidenti ilə birgə mətbuat konfransı zamanı Gürcüstan hökumətini açıq şəkildə Saakaşvilini azad etməyə çağırıb. Bundan başqa, Ukrayna tərəfi bu istiqamətdə fəaliyyətini xarici tərəfdaşlarımızla əlaqələndirir.

Ümidvaram ki, prezident Saakaşvili tezliklə azadlığa çıxacaq, Ukraynaya və ya öz seçimi ilə istənilən Avropa dövlətinə dəvət əsasında gedə biləcək”. 

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı