Britaniya minatəmizləmə prosesində Azərbaycana yardım etməkdən qürur duyur.
Ednews xəbər verir ki, bunu Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi attaşesi Ebbi Lauren Mothervell deyib.
Onun sözlərinə görə, Britaniya qeyri-hökumət təşkilatları Azərbaycanla, ANAMA-ilə öz təcrübəsini bölüşməyə şaddır:
“Təbii ki, bizim qeyri-hökumət təşkilatlarımız da ANAMA-nın təcrübəsini öyrənir. Azərbaycan və Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam edəcək”.